Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Daha bir cüdoçumuz bürünc medal qazana bilər

24 apr 2025, 17:48
Daha bir cüdoçumuz bürünc medal qazana bilər

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı keçirilir.

Liderxeber.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayıb.

Rəşid Məmmədəliyev (73) 1/16 finalda Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Joan-Benjamin Qabana (Fransa) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) qarşılaşıb və ipponla məğlub olub.
Rəqib növbəti görüşdə qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparacaq.

Bu gün mübarizəyə qoşulan Fidan Əlizadə (57 kiloqram) isə  1/16 finalda Anastasiya Sokiryanskanı (Latviya)  məğlub edib. O, 1/8 finalda Benta Ndiayeə (İsveçrə)  məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd dək ki, ötən gün beş idmançımız turnirdə mübarizə aparıb. Onlardan yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanmağı bacarıb.

Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.