Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycan millilərinin Avropa çempionatı üçün heyətləri

03 apr 2025, 16:31
Azərbaycan millilərinin Avropa çempionatı üçün heyətləri

Aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı keçiriləcək.

Liderxeber.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Abubakr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) məsul yarışda çıxış edəcək.

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 qadın güləşçimiz – Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Ruzanna Məmmədova (62 kq) xalçaya çıxacaq.

Yarışın sonlarında isə yunan-Roma güləşçilərimiz uğur qazanmağa çalışacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Elvin Mürsəliyev, Həsən Əliyev və Kamran Məmmədovun rəhbərlik etdiyi heyətdə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyevlə Sədi Quliyev ədaləti qoruyacaq.