Son Xəbərlər
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam

ABŞ Qəzzada atəşkəsin əldə ediməsi üçün Türkiyə Prezidentindən kömək istəyib

17 yan 2025, 08:12
ABŞ Qəzzada atəşkəsin əldə ediməsi üçün Türkiyə Prezidentindən kömək istəyib

ABŞ tərəfi “HƏMAS”ın danışıqlar masasına qaytarılması ilə bağlı regional aktorlarla çoxlu görüşlər keçirib və bu mövzuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

Liderxeber.az “Haber Global”a istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət katibi Antoni Blinken çıxış edib.

“Biz digər aktorlarla yanaşı Prezident Ərdoğanın yanına getdik və ondan “HƏMAS”ı yenidən masaya gətirmək və razılaşmanı yekunlaşdırmağa çalışmaq üçün nüfuzundan və təsirindən istifadə etməsini istədik. O da bunu etdi”, - deyə o qeyd edib.

Bu arada Blinken Qəzzada İsrail və “HƏMAS” arasında atəşkəsin bazar günü həyata keçirilməyə başlayacağına tam əmin olduğunu bildirib:

“Mən tam əminəm ki, atəşkəs bazar günü həyata keçiriləcək və bunu gözləyirəm. Belə mürəkkəb və həssas danışıqlar prosesində bəzi problemlərin yaranması təəccüblü deyil. Hazırda bu problemləri tez bir zamanda həll edirik”.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.