Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

İlon Maskın proqnozu: "Pilotlu qırıcılar dövrünün sonudur"

27 noy 2024, 11:39
İlon Maskın proqnozu: "Pilotlu qırıcılar dövrünün sonudur"

Məşhur ABŞ-li sahibkar və milyarder İlon Mask hərbi münaqişələrin gələcəyi ilə bağlı baxışlarını bölüşüb.

Onun fikrincə, gələcək müharibələr pilotsuz uçuş aparatlarının (PUA) və hipersəs raketlərinin kütləvi istifadəsi ilə xarakterizə olunacaq, ənənəvi pilotlu qırıcı təyyarələr isə səmərəsiz və zəif olacaq.

Liderxeber.az-ın məlumatına görə, o bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Gələcək müharibələrdə dronlar və hipersəs raketləri istifadə olunacaq. İnsan tərəfindən idarə olunan qırıcı təyyarələr çox tez məhv ediləcək", - Maskın paylaşımında deyilir.

Bu, milyarderin hərbi sahədə pilotsuz texnologiyaların perspektivləri haqqında ilk proqnozu deyil. O, daha əvvəl "dron sürüsü döyüşləri"ni proqnozlaşdırıb və PUA-ların inkişafı fonunda beşinci nəsil "F-35" ABŞ qırıcılarını səmərəsiz və köhnəlmiş adlandıraraq tənqid edib.