Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

Medvedev: "Kiyevə nüvə silahının verilməsi Rusiyaya hücuma bərabər tutulacaq"

26 noy 2024, 14:58
Medvedev: "Kiyevə nüvə silahının verilməsi Rusiyaya hücuma bərabər tutulacaq"

"Kiyevə nüvə silahının faktiki verilməsi, Rusiyanın yenilənmiş nüvə doktrinasının müddəalarına uyğun olaraq, ölkəyə qarşı baş vermiş hücum aktı kimi qiymətləndiriləcək".

Liderxeber.az-ın məlumatına görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Kiyevə nüvə silahının verilməsi təhdidinin özü Rusiya ilə nüvə münaqişəsinə hazırlıq kimi qiymətləndirilə bilər.

"Belə silahın faktiki verilməsi isə "Nüvə çəkindirmə sahəsində dövlət siyasətinin Əsasları"nın 19-cu bəndinə uyğun olaraq, ölkəmizə qarşı baş vermiş hücum aktı kimi qiymətləndirilə bilər", - deyə siyasətçi əlavə edib.

Qeyd edək ki, "New York Times" bir müddət əvvəl Ukraynaya nüvə silahlarının qaytarılması ilə bağlı müzakirələr haqqında məlumat verib. Mənbənin sözlərinə görə, ABŞ və Avropanın bəzi rəsmiləri bunu təhlükəsizlik zəmanəti kimi ciddi şəkildə nəzərdən keçirirlər. Bəziləri hətta Baydenin SSRİ dağıldıqdan sonra götürülmüş nüvə silahlarını Kiyevə qaytara biləcəyini xəbər veriblər.