Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Ankarada törədilən terror aktı nəticəsində ölən və yaralananlar var - YENİLƏNİB

23 okt 2024, 18:11
Ankarada törədilən terror aktı nəticəsində ölən və yaralananlar var - YENİLƏNİB

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın istehsal obyektində baş verənləri terror aktı adlandırıb.

Liderxeber.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.

Türkiyə mətbuatının məlumatına görə, söhbət kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir.

Daha əvvəl verilən məlumata görə, Ankarada TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, bundan sonra atəş səsləri eşidilib. Müəssisənin işçiləri təhlükəsizlik məqsədilə təxliyə edilib.

Terror aktından sonra atışmanın davam etdiyi, təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb işçilərinin hadisə yerinə getdiyi bildirilir.

17:23

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

Liderxeber.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Partlayışın səbəbləri hələ məlum deyil.

“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.