Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Azərbaycan alimləri Türkiyədə arxeoloji tədqiqatlar aparıblar

21 okt 2024, 09:19
Azərbaycan alimləri Türkiyədə arxeoloji tədqiqatlar aparıblar

AMEA Arxeologiya və Antropologiya İnstitutu Türkiyənin İğdır vilayəti ərazisində türkiyəli mütəxəssislərin iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparıblar.

Bu barədə Liderxeber.az-a AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Arxeoloji kəşfiyyat işlərinə İnstitutun tarix üzrə fəlsəfə doktorları, rəhbər M.M.Hüseynov olmaqla, üzvlər S.H.Aşurov və B.M.Cəlilovun təmsil olunduğu elmi heyət qatılıb.

Bu, Azərbaycan arxeoloqlarının digər ölkə ərazisinə təşkil edilmiş ilk arxeoloji ekspedisiyası olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə arasında yeni bir ortaq araşdırma istiqamətidir.

Beş il üçün nəzərdə tutulmuş layihənin ilk ilinin kəşfiyyat xarakterli araşdırmalarının nəticələri Şərqi Anadolu – Azərbaycan arxeologiyasının problem məsələlərinin işıqlandırılmasında olduqca əhəmiyyətlidir. Qısa müddət ərzində son xalkolit-erkən tunc və orta tunc dövrlərinə aid yaşayış yerləri, bir şəhər yeri, bir qala və çoxsaylı kurqanlar qeydə alınıb, yerüstü materiallar toplanılıb və onlardan ən mühümləri İğdır muzeyinə təhvil verilib. İlk dəfə qeydə alınan abidələr Azərbaycan və xüsusən, Naxçıvan abidələri ilə sıx bağlıdır və gələcək araşdırmaların daha maraqlı kəşflərlə ortaq tariximizə töhfə verəcək. Yeni qeydə alınmış abidələrdən birində növbəti illərdə Azərbaycan arxeoloqlarının rəhbərliyi ilə geniş arxeoloji qazıntıların aparılması planlaşdırılır.