Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb

30 sen 2024, 13:07
İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb

İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir əl-Əsədin komandanlıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.

Liderxeber.az “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.

İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb.

Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.

Bildirilib ki, bu, Mahir Əsədə xəbərdarlıqdır. İnformasiyaya əsasən, 4-cü diviziya Livana silah-sursat göndərir. Mahir Əsəd İsrail Müdafiə Ordusunun hədəf bankındadır. Bombalanma zamanı o, qərargahda olub.

Mahir Əsəd 2018-ci ildə İsrailin Suriyada hədəflərə zərbə endirməsi nəticəsində yaralanıb.

General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edir.