Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Livanda peycer partlayışlarından əvvəl İsrailin müdafiə naziri Pentaqona zəng edib

18 sen 2024, 13:26
Livanda peycer partlayışlarından əvvəl İsrailin müdafiə naziri Pentaqona zəng edib

İsrailin müdafiə naziri Yoav Qalant Livan ərazisində peycer partlayışları başlamazdan bir neçə dəqiqə əvvəl amerikalı həmkarı Lloyd Ostinə zəng edib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə "Axios" portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zəng zamanı Qalant Pentaqon rəhbərinə yəhudi dövlətinin Livanda əməliyyat keçirməyi planlaşdırdığını bildirib, lakin heç bir təfərrüat verməyib. Mənbənin bildirdiyinə görə, israilli nazirin zəngi ABŞ-ni Yaxın Şərqdə baş verəcək hadisələr haqqında məlumatlandırmaq olub.

O da bildirilir ki, Ostin Livan ərazisində peycerlərin partlamasından sonra vəziyyəti müzakirə etmək üçün sentyabrın 22-23-də İsrailə səfər etməyi planlaşdırır.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Son məlumatlara görə, partlayışlar nəticəsində azı 11 nəfər həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd mindən çox insan yaralanıb.

"The New York Times" qəzeti əməliyyatın arxasında İsrailin durduğunu iddia edib. Amerikalı rəsmilərin sözlərinə görə, israillilər partlayıcı qurğunu Tayvan istehsalı olan yeni peycer partiyasında gizlədiblər. Məlumata görə, qurğular Livana gətirilməzdən əvvəl yenidən quraşdırılıb - batareyanın yanında partlayıcı yerləşdirilib və peyceri məsafədən partlatmağa imkan verən açar qoşulub.

CNN də əvvəllər bildirmişdi ki, Livandakı partlayışlar İsrail kəşfiyyatı və İsrail hərbi qüvvələrinin birgə əməliyyatının nəticəsidir.