Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Vens: Trampın Ukrayna planı silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur

13 sen 2024, 09:00
Vens: Trampın Ukrayna planı silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur

ABŞ Respublikaçı Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukrayna böhranının sülh yolu ilə həlli planı Rusiya və Ukrayna arasında mövcud təmas xətti boyunca demilitarizasiya olunmuş zonanın yaradılmasını və Rusiyanın Ukraynanın neytral statusuna dair zəmanətlər almasını nəzərdə tutur.

Liderxeber.az xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasındakı tərəfdaşı, vitse-prezidentliyə namizəd Ceyms Devid Vans ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı Şon Rayanın yutub kanalında müsahibəsində bildirib.

“Ehtimal ki, bu, belə görünəcək: Rusiya və Ukrayna arasındakı təmas xətti demilitarizasiya olunmuş zonaya çevriləcək <...>. Ukrayna öz müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq. Rusiya Ukraynadan neytral qalmaq, NATO-ya və bu kimi digər müttəfiq qurumlara qoşulmamaq barədə zəmanətlər alacaq”, – o bildirib.

Bundan əlavə, Vans qeyd edib ki, “Almaniya və digər ölkələr Ukraynanın bərpasını qismən maliyyələşdirməli olacaqlar”.