Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Assosiasiya sədri: “Rusiyaya qarşı sanksiyalar tikinti bazarına təsir edir”

12 sen 2024, 15:56
Assosiasiya sədri: “Rusiyaya qarşı sanksiyalar tikinti bazarına təsir edir”

Azərbaycanın tikinti bazarı Rusiyanın tikinti bazarı ilə əlaqəli fəaliyyət göstərdiyi üçün qonşu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan irəli gələn qiymət artımı və digər fəsadlar bizim ölkədən də yan keçmir.

Bunu Liderxeber.az açıqlamasında "Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Ramiz İsayev bildirib.

"İki ölkə bir-biri ilə bağlıdır. Odur ki, bir ölkədə qeydə alınan qiymət artımı və yaxud logistika problemi digər ölkəyə təsir edir. Baxmayaraq ki, Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materialların payı da kifayət qədər çoxdur. Məsələn, santexnika məmulatları, kauçuk, plastik boru, qapı-pəncərə, kafel, divar kağızı kimi məhsullar əsasən bu ölkədən idxal edilir. Rusiyadan isə əsasən dəmir məmulatları, taxta və digər materiallar idxal olunur. Bununla yanaşı Azərbaycana Qazaxıstan, Belarus, Ukrayna və digər bir sıra ölkələrdən də tikinti materialları tədarük edilir".

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 438,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çox investisiya yönəldilib. Bunun da 6 milyard 632,7 milyon manatı və ya 70,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11 milyard 216,9 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox investisiya yönəldilib. Bunun 8 milyard 90,5 milyon manatı və ya 72,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Hesabat dövründə ölkədə 779,7 milyon manatlıq tikinti materialları istehsalı olunub ki, bu da illik müqayisədə 30,2 % çoxdur. Son 1 ildə sement, betondan kərpiclər və oxşar məmulatların istehsalı 2,3 dəfə, asfalt istehsalı 56,2 %, beton istehsalı 31,9 %, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 %, sement istehsalı 12,8 %, tikinti gipsinin istehsalı isə 10,4 % artıb.