Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilenib

11 sen 2024, 11:23
İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilenib

İran Prezidenti Məsud Pezeşkianın İraqa rəsmi səfəri başlayıb.

Liderxeber.az xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, M.Pezeşkianın Bağdad Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Məsud Pezeşkianı salamlayıb. Hökumət başçısı və nümayəndə heyəti ilə görüşdən sonra İraq Prezidenti Əbdül Lətif Rəşidlə İran Prezidenti arasında görüş olacaq. Bundan sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

M.Pezeşkianın Nəcəf və Kərbəlanı ziyarət edəcəyi, Bəsrə, Ərbil, Süleymaniyyə şəhərlərinə səfəri planlaşdırılıb.

İran Prezidenti səfəröncəsi açıqlamasında deyib ki, İraqa səfəri islam və qonşu ölkələrlə qarşılıqlı fəaliyyət və əlaqələrin inkişafının, dərinləşməsinin yeni dövrünün başlanğıcıdır. O, İraqda əməkdaşlığa dair müqavilələr imzalayacaq.

M.Pezeşkian deyib ki, İraq İslam dininin mərkəzlərindən biridir və bu ölkə ilə İranı dini, siyasi, iqtisadi, mədəni və başqa sahələr üzrə məsələlər bağlayır: “Bura elm, mədəniyyət ocağı, ruhanilərin səfər etdiyi ölkədir. 14-cü hökumətin (Pezeşkianın başçılıq etdiyi hökumət İran İslam Respublikasının 14-cü hökumətidir - red.) ilk xarici səfərini İraqa etməsi də təbiidir”.

09:31

İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb.

Liderxeber.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir. İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bu, onun prezident kimi ilk xarici səfəridir.