Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Paris merinin açıqlaması Eyfelin nəvələrini əsəbiləşdirdi - Foto paris-merinin-aciqlamasi-eyfelin-nevelerini-esebilesdirdi

03 sen 2024, 09:15
Paris merinin açıqlaması Eyfelin nəvələrini əsəbiləşdirdi - Foto paris-merinin-aciqlamasi-eyfelin-nevelerini-esebilesdirdi

Paris meri Ann Hidalqo Olimpiya halqalarının Eyfel qülləsində qalacağını bildirib. Eyfel qülləsini yaradan mühəndis Qustav Eyfelin nəvələri, Hidalqonun qüllənin fasadında 2024-cü il Olimpiya Oyunları üçün quraşdırılan olimpiya halqalarının qalıcı olaraq saxlanılması qərarına qarşı çıxıblar.

Liderxeber.az xəbər verir ki, bu barədə BFMTV kanalının efirində Eyfelin nəvələrinin cəmiyyətinin sədri Savin Yeatman-Eyfel məlumat verib.

Ann Hidalqo avqustun 31-də “Ouest-France” qəzetinə verdiyi müsahibədə halqalarla bağlı Beynəlxalq Olimpiya Komitəsindən (BOK) icazə aldığını açıqlayıb.

“Paris və Fransanın simvoluna çevrilmiş Eyfel qülləsi yalnız Olimpiya Oyunları kimi bir hadisə ilə əlaqələndirilməməlidir, onun daha geniş bir mənası var”, - deyə Yeatman-Eyfel vurğulayıb.

Yeatman-Eyfelin sözlərinə görə, qüllənin fasadı mühüm hadisələri qeyd etmək üçün istifadə olunur və qüllənin yalnız bir hadisə ilə əlaqələndirilməsindən narahatdır.

Fotoda Yeatman-Eyfel 

BFMTV-nin məlumatına görə, Eyfelin digər nəvələri də qüllədəki halqaların qalıcı olaraq saxlanılması ideyasına qarşı çıxırlar.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçirilib. Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək davam edəcək.

Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunlarının başlamasına 50 gün qalmış, iyunun 7-də Parisdə Eyfel qülləsində beş olimpiya halqası quraşdırılıb. Təkrar emal olunmuş poladdan hazırlanmış, 30 ton ağırlığında olan bu konstruksiya qüllənin cənub tərəfində yerləşdirilib və üzü Sena çayına baxır. Hər halqanın diametri 9 metrdir.

Fotoda Qustav Eyfel