Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Bunlar hələ başlanğıcdır…” - Ərdoğan

02 sen 2024, 09:05
Bunlar hələ başlanğıcdır…” - Ərdoğan

"Terrorçulardan təmizlənən ərazilər hər kəsin üzünə açıqdır”.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hotelin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir vaxtlar terrorçuların “at oynatdığı” yerlərdə artıq hüzur var: “İndi oralar təhlükəsizdir. İstehsal və inkişafın şahidi oluruq. İnşallah daha yaxşı yerlərə gəlib daha gözəl günlərə doğru addımlayacağıq”.

O bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində turizm getdikcə inkişaf edir: “Bunlar hələ başlanğıcdır. Çatmaq istədiyimiz məqsədlərimiz çoxdur. Sağlamlıq, müdafiə sənayesi, qida sənayesi, tekstil, tikinti kimi turizmdə də dünya brendinə çevrilənə qədər dayanmayacağıq”.