Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Corciyada meşə yanğınları - 90 ev məhv olub

24 apr 2026, 13:30
Corciyada meşə yanğınları - 90 ev məhv olub

Son iki gün ərzində ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində təxminən 90 yaşayış evi məhv olub.

Liderxeber.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Quru və isti hava şəraiti, həmçinin güclü külək alovun sürətlə yayılmasına şərait yaradır. Ən böyük yanğın ocağının əhatə etdiyi ərazi 13,7 min hektar olaraq qiymətləndirilir.

Təxminən 1000 yaşayış evi və digər tikililər məhv olma təhlükəsi ilə üzləşib. Təbii fəlakət səbəbindən minlərlə insan təxliyə edilib.

Qurbanlar və zərərçəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, ştat ərazisində yanğın artıq bir neçə gündür davam edir. Ən çətin vəziyyət Brentli dairəsində müşahidə olunur. Bundan əlavə, qonşu Florida ştatının şimal hissəsində də yanğın ocaqları qeydə alınıb, burada da əhalinin təxliyəsinə başlanılıb.