Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Din xadimləri də vergi ödəməlidir” - Paşinyan

23 apr 2026, 17:16
“Din xadimləri də vergi ödəməlidir” - Paşinyan

“Din xadimləri Ermənistan vətəndaşlarıdır və qanun çərçivəsində fəaliyyət göstərməlidirlər, əgər bütün vətəndaşlar gəlir vergisi ödəməlidirsə, bunu din xadimləri də etməlidir”. 

Liderxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, ölkədə vergi məsələsində tam şəffaflıq olmalıdır. 

“Niyə onlar vergi ödəməməlidirlər? Biz artıq səkkiz ildir ki, kilsənin ödədiyi vergilərin tam həcmdə kilsəyə qaytarılacağı sistemləri tətbiq etməyə hazır olduğumuzu bildiririk. Niyə kilsə üçün idxal olunan, ayin əhəmiyyəti olmayan mallar (məsələn, qəhvə) vergidən azad edilməlidir? Niyə vətəndaşlar şam satışından əldə edilən dövriyyənin həcmini və bu pulların hara getdiyini bilməməlidirlər?”, - o sual edib.

Paşinyanın sözlərinə görə, din xadimlərinin indiki vəziyyəti onların maliyyə baxımından və digər məsələrdə bir şəxsdən asılı olmalarıyla bağlıdır: “Niyə din xadimlərinin davranışında etik normalar olmamalıdır? Bütün ermənilərin katolikosu vəzifəsini tutan şəxsin uşaqlarının olması normaldırmı?”

Paşinyan Ermənistanın vətəndaşlarının bu suallra cavab verməli olduğunu deyib: “Kilsə xalqdır, xalqsız, ibadət edənlərsiz kilsə yoxdur. Din xadimləri kilsənin çox vacib hissəsidir, lakin kilsə ilk növbədə xalqdır. Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin – red.) kilsə deyil”.