Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Hörmüz boğazında rüsumlardan ilk dəfə qazanc əldə etdilər

23 apr 2026, 14:15
Hörmüz boğazında rüsumlardan ilk dəfə qazanc əldə etdilər

İran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə gəlir əldə edib.

Liderxeber.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin vitse-spikeri Hacı Babai açıqlayıb. 

“Hörmüz boğazında rüsumlardan əldə edilən ilk qazanc Mərkəzi Bankın hesabına köçürülüb”, - deyə Babai vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıldığını bildirib. Vaşinqton isə öz növbəsində tərəflər arasında yekun razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin dəniz blokadası tam aradan qaldırılana qədər İranın boğazı bağladığını bildiriblər. SEPAH gəmi sahiblərini yalnız İran tərəfinin tövsiyələrinə əməl etməyə çağırıb.