Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İran BMT-yə şikayət etdi: "Ərəb ölkələrinin ərazilərindən bizə qarşı istifadə olunur"

23 apr 2026, 11:00
İran BMT-yə şikayət etdi: "Ərəb ölkələrinin ərazilərindən bizə qarşı istifadə olunur"

İran hakimiyyəti bildirib ki, ABŞ bu ölkəyə qarşı hücumlar planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının ərazi və hava məkanlarından istifadəni davam etdirir.

Liderxeber.az xəbər verir ki, bu, İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Əmir Səid İrəvaninin qurumun baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanlanmış məktublarında qeyd olunub.

BƏƏ-yə aid məktubda İran bu ölkəni münaqişədə bilavasitə iştirakda ittiham edib. İddia olunur ki, BƏƏ-nin "Mirage" və "F-16" qırıcıları, eləcə də "Akıncı" PUA-ları İranın hava məkanını pozaraq Hörmüz boğazında və bir neçə adada hədəflərə zərbələr endirib.

İran sözügedən dövlətləri qonşuluq prinsiplərinə riayət etməyə və öz ərazilərindən İslam Respublikasına qarşı yenidən istifadə olunmasına yol verməməyə çağırıb.

Qeyd olunur ki, belə pozuntuların nəticələrinə görə məsuliyyət həmin ölkələrin üzərinə düşəcək.