Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Türkiyədə də uşaqlar üçün sosial şəbəkələr qadağan edildi

23 apr 2026, 10:22
Türkiyədə də uşaqlar üçün sosial şəbəkələr qadağan edildi

Türkiyə parlamenti 15 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən qanun layihəsini qəbul edib.

Liderxeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sənədə əsasən, qanun qüvvəyə mindikdən sonra 15 yaşından kiçik şəxslər sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməyəcəklər.

Qanun həmçinin rəqəmsal platformalardan yaş yoxlama sistemləri qurmağı tələb edir. 

Bundan başqa, valideynlər uşaqların ekran vaxtına və onlayn xərclərinə nəzarət etmək üçün alətlər əldə edəcək, “fövqəladə vəziyyətdə” isə böyük sosial şəbəkələr zərərli məzmun meydana çıxdıqdan sonra bir saat ərzində müdaxilə etməli olacaqlar. Qanun rəsmən dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq edilən məhdudiyyətlər qüvvəyə minib. Bu ilin martında oxşar təşəbbüslər İndoneziya və Braziliyada qəbul edilib. İspaniya, Fransa və Böyük Britaniyada da analoji məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir. Bu ilin fevralında isə Azərbaycan Prezidenti İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.