Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Rafael Qrossi: "BAEA-sız ABŞ və İran arasındakı razılaşma sadəcə illüziya olacaq"

22 apr 2026, 11:55
Rafael Qrossi: "BAEA-sız ABŞ və İran arasındakı razılaşma sadəcə illüziya olacaq"

ABŞ və İran arasındakı ehtimal olunan razılaşma, prosesə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) cəlb edilməyəcəyi təqdirdə sadəcə razılaşma illüziyasına çevriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi jurnalistlərə açıqlamasında qeyd edib.

"Əgər hər hansı bir razılaşma əldə olunarsa, BAEA orada iştirak etməli və yoxlamalar aparmalıdır, əks halda bu, əsl müqavilə yox, sadəcə bir illüziya olacaq. Əldə edilmiş razılaşmaların icrasına nəzarət edən müfəttişlər mütləq orada olmalıdırlar", - deyə o bildirib.

Qeyd edək ki, Qrossi daha əvvəl də yoxlama mexanizmləri olmadan Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı əldə ediləcək razılaşmaların "sadəcə bir kağız parçası" olaraq qalacağını vurğulamışdı.