Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"Axios": Ağ Ev İranla bağlı razılaşma üçün Müctəba Xameneinin cavabını gözləyir

22 apr 2026, 11:50
"Axios": Ağ Ev İranla bağlı razılaşma üçün Müctəba Xameneinin cavabını gözləyir

ABŞ hakimiyyəti və Pakistan vasitəçiləri İranın ali lideri Müctəba Xameneinin münaqişənin nizamlanması üzrə son təklifə cavabını gözləməkdədirlər.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Axios" portalı məlumat verib.

Məlumata görə, İran liderindən həmçinin danışıqlarda öz nümayəndə heyəti üçün dəqiq təlimatlar verməsini gözləyirlər.

Portalın İsrail mənbələrindən biri əminliyini ifadə edib ki, Xamenei öz cavabını məhz aprelin 22-də verəcək. Mənbə bildirib ki, İran təmsilçiləri hələlik sərbəst şəkildə addım ata bilmirlər. Onlar bəyan ediblər ki, öz ali liderlərindən "yaşıl işıq" gözləyirlər.

Nəşrin məlumatına görə, İran rəhbərliyi daxilində son bir neçə gündə Vaşinqtonla dialoqun necə düzgün qurulması ilə bağlı gərgin müzakirələr aparılıb. Danışıqlar masası arxasında qurulacaq strategiya ilə bağlı aktiv və intensiv məsləhətləşmələr olub. Ölkə daxilində ABŞ ilə əlaqələrə dair müzakirələrə gərginliyin pik həddə çatdığı bildirilir.