Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

ABŞ bir ölkəyə dollar tədarükünü dayandırdı

22 apr 2026, 10:04
ABŞ bir ölkəyə dollar tədarükünü dayandırdı

ABŞ İraq hökumətinə təzyiq göstərmək və onları yerli iranyönümlü hərbi qruplaşmalarını buraxmağa məcbur etmək məqsədilə bu ölkəyə dollar əsginaslarının tədarükünü dayandırıb.

Həmçinin Bağdadla təhlükəsizlik sahəsindəki əməkdaşlıq proqramlarını dondurub.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi İraq neftinin satışından əldə edilən və Nyu-York Federal Ehtiyat Bankının hesablarında olan təxminən 500 milyon dollar vəsaitin göndərilməsini bloklayıb. Qeyd olunur ki, bu, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri Vaşinqton tərəfindən İraqa göndərilməsi dayandırılan ikinci nağd pul partiyasıdır.

Qəzet bildirir ki, ABŞ rəhbərliyi eyni zamanda İraq hərbçilərinin və antiterror bölmələrinin hazırlığı üzrə bir sıra proqramların maliyyələşdirilməsini də dayandırıb. Nəşrinin qənaətinə görə, Vaşinqtonun atdığı bu addımlar onun Bağdada təzyiqləri artırmaq və İraqın İranla əlaqələrini zəiflətmək niyyətini nümayiş etdirir.

Nəşr xatırladır ki, 2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsindən sonra bu ölkənin neft satışından əldə etdiyi gəlirlər Nyu-York Federal Ehtiyat Bankında saxlanılmağa başlanıb. Eyni zamanda, 2015-ci ildə də ABŞ həmin vəsaitlərin bir hissəsinin İŞİD terror qruplaşmasının əlinə keçməsi şübhəsi ilə İraqa nağd pul verilməsini müvəqqəti olaraq dondurmuşdu.