Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Yanacağa görə 20 min uçuşu ləğv edirlər

22 apr 2026, 09:17
Yanacağa görə 20 min uçuşu ləğv edirlər

Almaniyanın “Lufthansa” aviaşirkəti artan təyyarə yanacağı qiymətləri fonunda genişmiqyaslı uçuş ixtisarına gedir. Şirkət oktyabr ayına qədər təxminən 20 min qısaməsafəli reysi ləğv edəcəyini açıqlayıb.

Liderxeber.az-ın xəbərinə görə, “Lufthansa” Qrupunun yaydığı bəyanatda bildirilir ki, yay aylarında uçuş şəbəkəsi optimallaşdırılacaq və ümumi tutum azaldılacaq.

Məlumata görə, Yaxın Şərqdə baş verən münaqişələr fonunda reaktiv yanacağın qiyməti iki dəfəyədək artıb. Nəticədə cədvəldən çıxarılan 20 min reys təxminən 40 min metrik ton yanacağa qənaət etməyə imkan verəcək.

Şirkət qeyd edib ki, bu addım, əsasən, zərərli qısaməsafəli marşrutların sayını azaltmağa yönəlib. Eyni zamanda, uzunməsafəli uçuşlar və qlobal şəbəkə daha səmərəli şəkildə qorunub saxlanılacaq.

Yeni strategiya çərçivəsində artıq gündəlik təxminən 120 reys ləğv olunub. Qarşıdakı aylarda isə ortamüddətli marşrut planlaşdırılması yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, enerji bazarındakı gərginliklə bağlı olaraq, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol da Avropada yaxın perspektivdə reaktiv yanacaq çatışmazlığı riskinin artdığını bildirib.

Eyni zamanda, Niderlandın KLM aviaşirkəti də artan xərclər səbəbindən gələn ay Avropa daxilində 160 reysi ləğv edəcəyini açıqlayıb. “Lufthansa” isə xərc təzyiqləri fonunda törəmə şirkəti “CityLine”ın fəaliyyətini dayandırmaq qərarı verib.

Avropa İttifaqında neft emalı zavodları reaktiv yanacaq tələbatının təxminən 70 faizini qarşılayır, qalan hissə isə, əsasən, Yaxın Şərq və Körfəz regionundan idxal olunur.