Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İran ABŞ ilə danışıqların ikinci raundu barədə qərar verib?

20 apr 2026, 12:16
İran ABŞ ilə danışıqların ikinci raundu barədə qərar verib?

İran ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı qərar verməyib.

Liderxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, danışıqların növbəti raundu barədə hər hansı bir qərar qəbul edilməyib.

İran ABŞ ilə İslamabadda danışıqların ikinci turunda iştirak etməyə razılaşıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Pakistan rəsmilərinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Hörmüz boğazında baş verən son gərginliklərə rəğmən İran nümayəndə heyəti Birləşmiş Ştatlarla təşkil olunacaq danışıqların növbəti mərhələsinə qatılacaq.

Xatırladaq ki, ötən gün IRNA agentliyi İranın ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirakdan imtina etdiyi barədə məlumat paylaşmışdı.

Agentlik imtinanın səbəbi kimi Vaşinqtonun şişirdilmiş tələblərini, qeyri-real gözləntilərini, danışıqlar mövqeyinin daim dəyişməsini, ziddiyyətləri və İranın dəniz blokadasının davam etməsini göstərib.