Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi

18 apr 2026, 13:23
Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi

İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının mətbuat katibinin açıqlamasına istinadən xəbər yayıb.

"Əvvəllər danışıqlar yolu ilə əldə edilən razılaşmalara uyğun olaraq, İran İslam Respublikası məhdud sayda neft tankerinin və ticarət gəmisinin Hörmüz boğazından nəzarət altında keçməsinə razılıq verib. Təəssüf ki, ABŞ dəfələrlə vədlərini pozaraq, blokada adı altında quldurluq və soyğunçuluğa davam edib. Bu səbəbdən Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətinə qayıdıb və bu strateji əhəmiyyətli boğaz ciddi hərbi nəzarət altındadır", - deyə açıqlamada qeyd olunub.

Qərargahdan xüsusi olaraq vurğulanıb ki, ABŞ tərəfi İran gəmilərinin keçidinə mane olmağa son qoymayana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalmaqda davam edəcək.

Xatırladaq ki, Hörmüz boğazının açılması barədə məlumatı ötən gün axşam saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesabında vermişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.