Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalı bağlandı - 7,5 milyon izləyicisi vardı

18 apr 2026, 10:22
Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalı bağlandı - 7,5 milyon izləyicisi vardı

İstanbul Baş Prokurorluğunda 7,5 milyon abunəçisi olan “Minecraft Parodileri” adlı “YouTube” kanalı haqqında istintaq başladılıb. 

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu addım Kahramanmaraş və Şanlıurfada məktəblərə hücumlarla əlaqəli həyata keçirilən əməliyyatlar çərçivəsində atılıb. 

Belə ki, kanala qarşı “Cinayət törətməyə açıq təhrik etmə” maddəsi və Türkiyə Cinayət Məcəlləsinin 215-ci maddəsi ilə tənzimlənən “Cinayəti və cinayətkarı tərifləmə” əməli üzrə istintaq başladılıb. 

İstintaq çərçivəsində məktəb yaşlı uşaqları digər şagirdlərə və müəllimlərə qarşı zorakılıq məzmunlu hərəkətlər etməyə təşviq, zorakılığa yönəltmə, zorakılıq və cinayət təşkil edən əməllərə haqq verən və bu hərəkətləri bəyənən görüntü ilə söz və bəyanatlara yer verildiyi müəyyən edilib. 

Sözügedən kanala giriş qadağası tətbiq edilib. 

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda, aprelin 15-də isə Kahramanmaraşda təhsil müəssisələrinə hücumlar olub. Hücumlar nəticəsində müəllim və şagirdlər arasında ölən və yaralananlar var. Hər iki halda hücumu törədən məktəblilər sonradan intihar edib.