Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Trampın uranla bağlı iddialarını təkzib etdi

18 apr 2026, 09:48
Trampın uranla bağlı iddialarını təkzib etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranının ABŞ-yə daşınacağı ilə bağlı iddialarını təkzib edib.

Liderxeber.az-ın məlumatına görə, Bəqayi televiziya proqramında çıxışı zamanı bildirib ki, bu məsələ nə gündəmdədir, nə də danışıqların bir hissəsidir.

Onun sözlərinə görə, İran üçün zənginləşdirilmiş uran strateji əhəmiyyət daşıyır və ölkədən çıxarılması mümkün deyil.

“İranın zənginləşdirilmiş uranı heç bir halda başqa yerə daşınmayacaq”, - deyə o vurğulayıb.

Sözçü əlavə edib ki, aparılan danışıqlarda uranın xaricə çıxarılması məsələsi, ümumiyyətlə, müzakirə olunmur və Tehran bunu heç vaxt seçim kimi nəzərdən keçirməyib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl İranın “hər şeydə razılığa gəldiyini” və zənginləşdirilmiş uranın çıxarılması məsələsində ABŞ ilə əməkdaşlıq edəcəyini iddia etmişdi. O bildirmişdi ki, razılaşma əldə olunacağı təqdirdə ABŞ tərəfi iranlılarla birlikdə uranı götürərək ölkədən çıxaracaq.