Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?

17 apr 2026, 09:38
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?

Sosial şəbəkələrdə yayılan görüntülərdə müştəri bildirir ki, 65 manata "A klass" adı ilə aldığı çantanın çox qısa zamanda rəngi gedib. "A klass" adlanan məhsullar keyfiyyət cəhətdən orijinala ən yaxın hesab olunur.

Bəs alıcılar orijinal məhsulu saxtadan necə ayıra bilərlər?

Liderxeber.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür şikayətlər, əsasən, çox baha qiymətə alınan çanta və ya geyimlə bağlıdır. Ən çox rast gəlinən problem isə onların rəng verməsidir:

"Bu, artıq onun "A klass" olmadığının sübutudur. Bu məsələlərə isə gömrük orqanlarında lazımi nəzarət olunmur. Onlar, sadəcə, sənədlərə baxıb malları əmtəə bazarına göndərirlər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna görə, istehlakçının hüququ var ki, malların mənşə sənədlərinə baxsın. Təəssüf ki, 80% satış nöqtələrində bu sənədlər olmur və bu da istehlakçıların aldadılmasına səbəb olur".

Mütəxəssislər bildirirlər ki, orijinal məhsulların özünəməxsus qablaşdırması, seriya nömrəsi və keyfiyyət standartları mövcuddur. Aldanmamaq üçün rəsmi mağazalara müraciət etmək məsləhətdir.