Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Dubayın simvolu bağlanır

17 apr 2026, 08:26
Dubayın simvolu bağlanır

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “Burj Al Arab” hotelinin 18 ay müddətinə bağlanacağı açıqlanıb. Qərar hoteldə aparılacaq genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlıdır.

Liderxeber.az-ın xəbərinə görə, BƏƏ-nin nüfuzlu nəşrlərindən biri olan “The National” qəzetinə danışan hotel nümayəndələri bildiriblər ki, layihə çərçivəsində binanın interyeri yenilənəcək, eyni zamanda, onun orijinal memarlıq üslubu qorunub saxlanacaq.

1999-cu ildə istifadəyə verilən və yelkən formasını xatırladan unikal dizaynı ilə tanınan “Burj Al Arab” uzun illərdir Dubayın simvollarından biri hesab olunur və ölkənin turizm sektorunda xüsusi yer tutur.

Son dövrlərdə regionda baş verən gərginliklər fonunda bəzi iddialar səsləndirilsə də, hotelin bağlanmasının əsas səbəbi kimi rəsmi şəkildə yalnız planlaşdırılmış təmir və bərpa işləri göstərilir.

Qeyd edək ki, Dubay Hökumətinin Media Ofisinin yaydığı məlumata əsasən, mart ayında zərərsizləşdirilən pilotsuz uçuş aparatının qalıqları hotelin xarici hissəsində kiçik yanğına səbəb olmuşdu. Hadisə qısa müddətdə nəzarət altına alınmış və ciddi ziyan qeydə alınmamışdı.