Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

9 nəfəri öldürən yeniyetmənin atası həbs edildi

16 apr 2026, 08:24
9 nəfəri öldürən yeniyetmənin atası həbs edildi

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı istintaq çərçivəsində hücumu törədən İ.A.M.-nin atası U.M. həbs edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi açıqlama yayıb.

Bildirilib ki, aparılan ilkin araşdırmalar zamanı şübhəlinin vatsap profilində 2014-cü ildə ABŞ-də hücum həyata keçirən Elliot Rocerə istinad edən şəkildən istifadə etdiyi müəyyən olunub.

Qeyd olunub ki, şübhəlinin atası U.M. aprelin 15-də saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə həbs edilib.

Vurğulanıb ki, şübhəlinin yaşadığı evdə və atasına məxsus avtomobildə aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar müsadirə olunaraq araşdırmaya cəlb edilib.

Rəsmi məlumata görə, hadisə yerində istintaq tədbirləri tamamlanıb, kamera görüntüləri də daxil olmaqla, bütün sübutlar diqqətlə təhlil olunur.

İlkin nəticələrə əsasən, hadisənin terror təşkilatları ilə əlaqəsi aşkarlanmayıb və insident fərdi hücum kimi qiymətləndirilir.