Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Türkiyədə daha bir məktəbə hücum təhdidi - Lisey şagirdi saxlanıldı

16 apr 2026, 08:08
Türkiyədə daha bir məktəbə hücum təhdidi - Lisey şagirdi saxlanıldı

Türkiyənin Zonquldak şəhərində məktəbə hücum etməklə hədələyən lisey şagirdi polis tərəfindən saxlanılıb.

Liderxeber.az xəbər verir ki, Fənər Anadolu Liseyinin şagirdi B.T.A. sinif yoldaşları ilə olduğu vatsap qrupunda mesajlar yazaraq və təhdid xarakterli görüntülər paylaşaraq, Şanlıurfa Siverek və Kahramanmaraşda baş verən hadisələrə bənzər hücum həyata keçirəcəyini bildirib.

Bu paylaşımlar şagirdlər və valideynlər arasında ciddi narahatlıq yaradıb. Məlumat daxil olduqdan sonra Zonquldak Baş Prokurorluğunun göstərişi ilə polis əməkdaşları şagirdin evinə əməliyyat keçiriblər.

Axtarış zamanı onun otağında altı ədəd boş tapança patronu aşkar edilərək götürülüb. B.T.A. Uşaq Şöbə Müdirliyi tərəfindən nəzarətə alınıb.

İlkin ifadəsində şagird bildirib ki, o, daha əvvəl sinifdə fişəng atdığına görə Karaelmas Peşə və Texniki Anadolu Liseyindən xaric edilib və sonradan Fənər Anadolu Liseyinə köçürülüb. O, vatsapda yazdığı təhdid mesajlarının zarafat məqsədilə olduğunu, boş patronları isə kənddən suvenir kimi gətirdiyini deyib.

Hazırda faktla bağlı araşdırma davam edir.