Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İran Hörmüz boğazı üçün xüsusi rejim hazırlayır

15 apr 2026, 09:19
İran Hörmüz boğazı üçün xüsusi rejim hazırlayır

"İran hökuməti qlobal geosiyasi əhəmiyyətə malik olan Hörmüz boğazı ilə bağlı xüsusi qaydalar rejimi tətbiq etmək niyyətindədir".

Liderxeber.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani "RİA Novosti" agentliyinə müsahibəsində məlumat verib.

"Hörmüz boğazı dövlətimizin xüsusi mülkiyyəti hesab olunur. Müxtəlif dövlətlərlə qarşılıqlı əlaqələrdə təsir aləti kimi çıxış edən hər bir mülkiyyət kimi, onun üçün də spesifik bir rejim formalaşdırılmalıdır", - deyə Mühacirani diqqətə çatdırıb.

Onun sözlərinə görə, İslam Respublikası Hörmüz boğazı üzərindəki suverenlik məsələsində ölkənin milli maraqlarının qorunması məqsədilə bütün lazımi vasitələrdən istifadə edir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarla İran arasındakı münaqişənin yekunlaşmaq üzrə olduğunu, lakin hələ tam bitmədiyini bəyan edib.