Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

170 illik “The Telegraph” almanlara satıldı

15 apr 2026, 09:15
170 illik “The Telegraph” almanlara satıldı

Böyük Britaniyanın 170 illik nüfuzlu qəzetlərindən biri olan “The Telegraph” Almaniyanın “Axel Springer” media qrupu tərəfindən satın alınıb.

Liderxeber.az xəbər verir ki, Böyük Britaniya hökuməti uzun illər davam edən satış prosesindən sonra razılaşmanı təsdiqləyib.

Mədəniyyət naziri Lisa Nendi birləşmə ilə bağlı rəqabət və xarici mülkiyyət narahatlıqlarının müdaxilə üçün əsas yaratmadığını bildirib.

Razılaşmaya əsasən, “Axel Springer” “The Telegraph”ın çap və rəqəmsal aktivləri üçün təxminən 575 milyon funt-sterlinq (təxminən 661 milyon dollar) ödəyəcək.

Şirkət artıq “Bild” və “Die Welt” qəzetləri, eləcə də, “Politico” platformasının sahibi kimi tanınır.

Satış prosesi təxminən üç il davam edib. 2023-cü ildə ABŞ-də yerləşən “RedBird Capital” və Əbu-Dabidən olan “International Media Investments” arasında formalaşan “RedBird IMI” konsorsiumu ilə ilkin razılaşma əldə olunsa da, Britaniya hökuməti mətbuat azadlığı və xarici təsir riskləri səbəbindən prosesə müdaxilə etmişdi.

“Axel Springer”in baş icraçı direktoru Matias Döpfner bildirib ki, qəzetə əlavə investisiyalar yatırılacaq və “The Telegraph” redaksiya müstəqilliyini və Britaniya kimliyini qoruyacaq.