Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Tramp İranla böyük sövdələşmə istəyir”

15 apr 2026, 09:05
“Tramp İranla böyük sövdələşmə istəyir”

“Tramp İranla böyük sövdələşmə istəyir”.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ABŞ nümayəndə heyətinə rəhbərlik etdiyi və 20 saatdan çox davam edən İranla danışıqlar barədə danışarkən deyib.

O qeyd edib ki, Prezident Donald Tramp İranla məhdud razılaşma deyil, genişmiqyaslı və strateji böyük sövdələşmə əldə etməyə çalışır.

“Prezident kiçik bir sövdələşmə istəmir. O, böyük sövdələşmə istəyir”, – deyə Vens vurğulayıb.

Onun sözlərinə görə, Tramp administrasiyası İrana nüvə silahından imtina müqabilində geniş iqtisadi imkanlar təklif edir. “O, bu sövdələşməni təklif edir və deyir ki, əgər siz nüvə silahına sahib olmamağa öhdəlik götürsəniz, biz İranı çiçəkləndirəcəyik”, – deyə vitse-prezident qeyd edib.

O əlavə edib ki, belə bir razılaşma halında ABŞ İranın qlobal iqtisadiyyata inteqrasiyasını dəstəkləməyə hazırdır: “Biz İranı iqtisadi baxımdan inkişaf etdirəcəyik və İran xalqını dünya iqtisadiyyatına görünməmiş şəkildə cəlb edəcəyik”.