Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Məkkəyə girişə məhdudiyyət qoyuldu

14 apr 2026, 10:00
Məkkəyə girişə məhdudiyyət qoyuldu

Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, 14 aprel tarixindən etibarən Məkkəyə daxil olmaq istəyən şəxslər müvafiq qurumlardan rəsmi icazə almalıdır. İcazəsi olmayan şəxslərin şəhərə girişi qadağan ediləcək.

Məkkədə yaşayış icazəsi olanlar, Həcc vizası sahibləri və müqəddəs ərazilərdə işləyən şəxslər bu qaydadan istisna olunur.

Qərara əsasən, Ümrə vizası ilə ölkədə olan xarici ziyarətçilər 18 aprel 2026-cı ilədək ölkəni tərk etməlidirlər. Bu tarixdən sonra ölkədə qalan şəxslərin sanksiyalarla üzləşə biləcəyi bildirilib.

Həmçinin “Nusuk” platforması vasitəsilə Ümrə icazələrinin verilməsi 18 aprel - 31 may tarixləri arasında müvəqqəti olaraq dayandırılacaq. Bu addım Həcc öncəsi sıxlığın idarə olunmasına yönəlib.

Rəsmilər icazəsiz Həcc ziyarətinə cəhd edən şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini vurğulayıblar. Qaydanı pozanları ölkəyə giriş qadağası və 20 min riyala qədər cərimə gözləyir.

Rəsmi məlumatlara görə, ötən il Həcc ziyarətində 1,6 milyondan çox insan iştirak edib. Yeni qaydaların əsas məqsədinin izdihamı nəzarətdə saxlamaq, təhlükəsizliyi artırmaq və ibadətin daha nizamlı təşkilini təmin etmək olduğu bildirilib.