Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Danışıqların yeni raundu keçiriləcək - Yenilənib

14 apr 2026, 09:05
Danışıqların yeni raundu keçiriləcək - Yenilənib

İran və ABŞ arasında birbaşa danışıqların yeni raundu aprelin 16-da İslamabadda keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə “The Atlantic”in yazıçısı Araş Əzizi özünün “X” sosial media hesabında məlumat verib.

“Tehrandakı mənbə mənə dedi ki, İran və ABŞ arasında birbaşa danışıqların növbəti raundu cümə axşamı İslamabadda baş tutacaq”, - o yazıb.

***

“Associated Press”in məlumatına görə, ABŞ və İran arasında davam edən gərginlik fonunda tərəflərin danışıqların ikinci mərhələsinə keçə biləcəyi bildirilir.

İki ABŞ rəsmisi və məsələ ilə tanış olan digər mənbə AP-yə bildirib ki, tərəflər atəşkəsin gələn həftə başa çatmasından əvvəl razılıq əldə etmək üçün yeni birbaşa danışıqlara hazırlaşır. Məqsəd altı həftə davam edən münaqişəyə son qoymaqdır.

Məlumata görə, vasitəçi ölkələrdən birinin diplomatı artıq Tehran və Vaşinqtonun bu mərhələyə prinsipial razılıq verdiyini bildirib.

Rəsmilər danışıqların harada keçiriləcəyinin hələ müəyyənləşmədiyini qeyd ediblər. İslamabad yenidən əsas namizədlərdən biri kimi nəzərdən keçirilir. Bununla yanaşı, Cenevrə variantı da gündəmdədir.

Mənbələr görüşlərin hətta yaxın günlərdə - cümə axşamı baş tuta biləcəyini istisna etmirlər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında qarşı tərəfin əlaqə saxladığını və razılaşma əldə etmək istədiyini bildirib.