Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İran ABŞ-ni qabaqlayıb: Neft tankerlərini gizli şəkildə açıq dənizə çıxarıb

14 apr 2026, 09:00
İran ABŞ-ni qabaqlayıb: Neft tankerlərini gizli şəkildə açıq dənizə çıxarıb

İran ABŞ tərəfindən öz limanlarına dəniz blokadası tətbiq olunması ehtimalını əvvəlcədən hesablayıb və xeyli sayda neft tankerini qabaqcadan açıq dənizə çıxarıb.

Liderxeber.az "Baghdad Today" nəşrinə istinadən xəbər verir ki, bu tankerlərin izlənməsi hazırda demək olar ki, mümkün deyil.

Məlumata görə, İran Vaşinqtonun addımlarını proqnozlaşdıraraq quru anbarların tutumundan xeyli artıq həcmdə nefti dənizə göndərib. Söhbət tərəfdaşlara təxminən 80 gün ərzində tədarükü təmin edəcək həcmdən gedir.

Belə ki, Fars körfəzi akvatoriyasında hərbi gərginlik başlamazdan əvvəl İran bu ehtiyatların formalaşdırılmasına başlayıb və tankerlərin yüklənməsini adi tempdən üç dəfə sürətləndirib. Ekspertlərin qiymətləndirməsinə görə, bu cür "üzən anbarlar"da yerləşdirilən neftin həcmi 170 milyon barel təşkil edir.

Nəşr vurğulayır ki, açıq dənizə çıxarılan gəmilər "gizlilik rejimi"ndə hərəkət edir və bu da onların aşkarlanmasını xeyli çətinləşdirir. ABŞ-nin dəniz blokadası faktiki olaraq bu İran tankerlərinə təsir etməyəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Şərq yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) İran limanlarının Hörmüz boğazında blokadaya alınmasına başlandığını açıqlayıb.