Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?

14 apr 2026, 09:43
ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, tərəflər Pakistanın paytaxtında yenidən görüş keçirmək imkanını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar mərhələsinin mümkün məkanı kimi Cenevrənin də adını çəkirlər. Qeyd olunur ki, hələlik İran və ABŞ nümayəndələrinin görüşünün vaxtı və yeri dəqiq müəyyənləşdirilməyib, lakin danışıqların növbəti mərhələsinin artıq aprelin 16-da keçirilməsi ehtimalı var.

Xatırladaq ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıb. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Tehran və Vaşinqtonun verdiyi məlumata görə, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli məsələsində razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatı hələlik məlum deyil.