Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Trampı bu görüntülərlə lağa qoydular

14 apr 2026, 08:10
Trampı bu görüntülərlə lağa qoydular

Cənubi Afrikadakı İran səfirliyi ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına cavab olaraq, sosial mediada diqqətçəkən paylaşımlar edib.

Liderxeber.az xəbər verir ki, səfirlik rəsmi “X” hesabında süni intellektlə hazırlanmış bir neçə görüntü və video paylaşaraq, Trampı tənqid edib.

Paylaşılan vizuallardan birində Donald Tramp, ABŞ vitse-prezidenti Ceyms Devid Vens və müdafiə naziri Pit Heqset pirat obrazında təqdim olunub. Şəklin üzərində “Fars körfəzi və Hörmüz boğazının səfil piratları” ifadəsi yer alıb.

Səfirliyin paylaşdığı digər material isə 1980-ci illərin üslubunda hazırlanmış süni intellekt videosudur. Videoda Tramp musiqi ifa edir və istehzalı sözlərlə çıxış edir.

Bundan əlavə, səfirlik ABŞ bayraqları fonunda Trampı Məsihə bənzər formada təsvir edən başqa bir görüntünü də paylaşıb. Həmin şəkil əvvəlcə Trampın “Truth” hesabında yayımlansa da, sonradan silinib.

Məlumata görə, bu paylaşım Trampın Papa XIV Leo ilə İran məsələsi ətrafında yaşadığı mübahisədən sonra platformadan götürülüb.