Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Təhdidlərin genişmiqyaslı nəticələri olacaq” - Xəbərdarlıq etdi

14 apr 2026, 08:23
“Təhdidlərin genişmiqyaslı nəticələri olacaq” - Xəbərdarlıq etdi

“Hörmüz boğazı ilə bağlı təhdidlərin genişmiqyaslı nəticələri olacaq”.

Liderxeber.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində bildirib.

Pezeşkian Hörmüz boğazı ilə bağlı istənilən təhdidin qlobal səviyyədə ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

O vurğulayıb ki, İran danışıqları yalnız beynəlxalq hüquq normaları əsasında davam etdirəcək.

Prezidentin sözlərinə görə, rəsmi Tehran atəşkəs şərtlərini açıq şəkildə elan edib və bu öhdəliklərə sadiq qalacaq.

İran prezidenti ABŞ-nin mövqeyini tənqid edərək, “maksimalist tələblərin” razılaşmanın əldə olunmasına mane olduğunu qeyd edib.

Pezeşkian xüsusi olaraq Hörmüz boğazı məsələsinə toxunub: “Bu bölgəyə qarşı hər hansı bir təhdid dünya üçün genişmiqyaslı nəticələrə səbəb olacaq”.

Makron isə bildirib ki, ilkin atəşkəs razılaşmasına Livan da daxil edilməlidir.