Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?

10 apr 2026, 14:40
Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə alyansa üzv Avropa ölkələrinin Birləşmiş Ştatlara hərbi bazalarını təqdim etmək istəməmələrindən son dərəcə əsəbiləşdiyini diqqətə çatdırıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) nəşri qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən məlumat verib.

Mənbənin fikrincə, Tramp İranla müharibəni kifayət qədər dəstəkləməyən Avropa dövlətlərini cəzalandırmaqla hədələyib, lakin görüşdə konkret tədbirləri açıqlamayıb.

Nəşri qeyd edir ki, son həftələrdə ABŞ lideri hərbi bazaların istifadəsini blokladıqlarına və ya öz hava məkanlarını onlara bağladıqlarına görə Avropa paytaxtlarını tənqid edib, eləcə də bəzi NATO ölkələrini ehtiyac olduğu zaman yanında olmamaqda günahlandırıb.

Tramp son günlərdə Böyük Britaniya da daxil olmaqla, Avropa müttəfiqlərini İranla müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə kəskin tənqid edir. Bütün Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı ABŞ tərəfindən hərbi əməliyyatlarda iştirak etməkdən imtina ediblər. Buna cavab olaraq Amerika lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və bunu unutmayacağına söz verib. O, həmçinin NATO-nu tənqid edərək, alyansı "kağız pələng" adlandırıb.

Aprelin 1-də "Reuters" agentliyinə verdiyi müsahibədə Tramp NATO-ya qarşı ikrah hissi duyduğunu və ABŞ-nin alyansdan çıxması məsələsini nəzərdən keçirdiyini deyib.