Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İranı hücumlarda ittiham etdilər

10 apr 2026, 10:06
İranı hücumlarda ittiham etdilər

Küveyt və Səudiyyə Ərəbistanı İranı və onun müttəfiqlərini müvəqqəti atəşkəs rejimi dövründə öz ərazilərindəki obyektlərə zərbələr endirməkdə ittiham ediblər.

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Küveyt XİN ölkənin həyati əhəmiyyətli obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum cəhdi olduğunu bəyan edib.

Səudiyyə Ərəbistanının dövlət agentliyinin anonim mənbəyə istinadən yaydığı məlumatda isə hücumlar nəticəsində krallığın mühüm neft kəmərinin və neft emalı zavodunun zərər gördüyü deyilir.  

İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə hücumlarla əlaqəsini qəti şəkildə təkzib edib:

“İran İslam Respublikasının Silahlı Qüvvələri indiyədək atəşkəs saatları ərzində heç bir ölkəyə heç bir raket atmayıb”. 

İran tərəfi bu zərbələrin ABŞ və ya İsrailin təxribatı ola biləcəyini iddia edib.