Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Gündə yeddi saatdan az yatanların nəzərinə

10 apr 2026, 09:07
Gündə yeddi saatdan az yatanların nəzərinə

Məşhur rusiyalı somnoloq, tibb elmləri namizədi Aleksandr Kazaçenko vaxtından əvvəl ölüm riskini artıran amillər barədə xəbərdarlıq edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Lenta.ru" nəşri yazıb.

Mütəxəssis bildirib ki, yuxunun müddəti və keyfiyyəti birbaşa uzunömürlüklə bağlıdır:

"Uzunmüddətli yuxu çatışmazlığı həyat üçün ən az qiymətləndirilən risk faktorlarından biridir. Bir sıra tədqiqatlara əsasən, sutkada 7 saatdan az yatan insanlarda istənilən səbəbdən ölüm riski orta hesabla 12% artır".

A.Kazaçenko vurğulayıb ki, hətta bir günlük yuxusuzluq belə beyin fəaliyyətinə və diqqətin cəmlənməsinə mənfi təsir göstərir. Yuxu defisiti xroniki hala çevrildikdə isə qıcıqlanma, apatiya, tükənmə və depressiya simptomları ortaya çıxır. Eyni zamanda, depressiyanın özü də yuxu keyfiyyətini pisləşdirərək vəziyyəti daha da ağırlaşdırır.

Somnoloqun sözlərinə görə, xroniki yuxu çatışmazlığı ürək-damar sistemi üçün ciddi təhlükə yaradır. Yuxusuzluq orqanizmin tam bərpa olunmasına mane olur. Nəticədə adrenalin ifrazı artır, ürək döyüntüsü sürətlənir və qan təzyiqi yüksəlir.

Həkim onu da izah edib ki, yuxusuzluqdan əziyyət çəkən insanlar güclərini qorumaq üçün fiziki fəaliyyəti məhdudlaşdırırlar. Bu isə çəki artımına və hərəkət çatışmazlığına (hipodinamiya) səbəb olur ki, bu da ölümcül ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır.