Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İranın keçmiş Ali Lideri Əli Xameneinin belə andılar - Fotolar

09 apr 2026, 09:46
İranın keçmiş Ali Lideri Əli Xameneinin belə andılar - Fotolar

Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü münasibətilə genişmiqyaslı anım mərasimi təşkil olunub.

Liderxeber.az-ın məlumatına görə, mərasimlə bağlı paytaxtın mərkəzində nəqliyyat hərəkəti məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Mərasimdə çox sayda insan iştirak edib, Tehran sakinləri Ayətullah Seyid Əli Xameneini anmaq üçün küçələri doldurub. Dini ayinlər və xüsusi anım tədbirləri mərasimin əsas hissəsini təşkil edib.

Şəhərin mərkəzi küçələri və meydanları mərasim iştirakçıları ilə dolub, iştirakçılar mərhum liderin xatirəsini yad etmək üçün bayraqlar və portretlər gətiriblər.

Xatırladaq ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub. Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.