Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Putinlə Paşinyanın həmin görüşü ilə bağlı - İddia

08 apr 2026, 17:18
Putinlə Paşinyanın həmin görüşü ilə bağlı - İddia

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Kremldə baş tutan görüşdən sonra bağlı qapılar arxasında sərt söhbət aparılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz teleqram kanalında adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında görüşdən sonra bağlı qapılar arxasında daha sərt söhbət baş tutub”, - nəşr iddia edib. 

Mənbələrin sözlərinə görə, Rusiya tərəfi görüşün nəticələrinə əsasən Paşinyanla hər hansı razılığa gəlməyi qeyri-mümkün hesab edib: “Buna görə də, praktiki addımlar atmaq, o cümlədən Paşinyan hakimiyyəti ilə əlaqəli bütün böyük şirkətlərin, müəssisələrin, hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək barədə qərar qəbul edilib”. 

Xatırladaq ki, Moskvada baş tutan görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkmişdi.