Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Hörmüz qətnaməsi qəbul edilmədi - Rusiya və Çin veto qoydu

08 apr 2026, 08:26
Hörmüz qətnaməsi qəbul edilmədi - Rusiya və Çin veto qoydu

Birləşmiş Millətlər Təşkilatının BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılsa da, qəbul edilməyib.

Liderxeber.az xəbər verir ki, layihəyə Rusiya və Çin tərəfindən veto qoyulub.

Bildirilib ki, sənəd Şuraya hazırkı sədr ölkə olan Bəhreyn tərəfindən təqdim olunub. Qətnamənin lehinə 11 ölkə səs versə də, Kolumbiya və Pakistan bitərəf qalıb. Daimi üzvlər olan Rusiya və Çin isə veto hüququndan istifadə edərək, layihənin qəbuluna mane olub.

Qətnamə layihəsi regionda gəmiçiliyin qarşısını almaq və ya ona mane olmaq cəhdlərinə qarşı çəkindirici tədbirlərin görülməsini nəzərdə tuturdu. Bəhreyn və Körfəz ölkələri sənəd vasitəsilə zərurət yaranacağı təqdirdə boğazın açılması üçün güc tətbiqinə beynəlxalq hüquqi əsas yaratmağa çalışırdı.

Vetodan sonra Bəhreynin xarici işlər naziri İranın Hörmüz boğazını bağlamaq hüququnun olmadığını bildirib.

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq isə qətnaməni “balanssız və qərəzli” adlandıraraq, sənədin problemin əsas səbəblərini həll etmədiyini və yalnız İranı günahlandırdığını deyib. O, həmçinin ABŞ və İran arasında davam edən atəşkəs danışıqları fonunda belə bir sənədin qəbul edilməsinin “təhlükəli” olacağını vurğulayıb.