Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Çində sualtı dəmir yolu tunelinin inşasında unikal nailiyyət əldə olundu

07 apr 2026, 16:00
Çində sualtı dəmir yolu tunelinin inşasında unikal nailiyyət əldə olundu

Çinin cənubundakı Quandun bölgəsində sualtı dəmir yolu tunelinin inşaatçıları 113 metrə çatan dərinliklə dünya rekordunu qırıblar.

Liderxeber.az xəbər verir ki, bu barədə Çinin Dəmir Yolları İdarəsi məlumat yayıb.

Məlumata görə, sözügedən tunel Şençjen və Tszyanmen şəhərlərini birləşdirəcək tikilməkdə olan yüksəksürətli dəmiryol xəttində yerləşir. Tikili Çjutszyan çayının mənsəbində su altından keçir. Layihəyə görə, yaxın gələcəkdə sahələrdən birində tunelin maksimal dərinliyi 116 metrə çatmalıdır.

İdarədən bildirilib ki, dörd il əvvəl başlanan layihənin tikintisi həlledici mərhələdədir. Bu müddət ərzində işçilər 4 kilometr sualtı magistral çəkiblər. Uzunluğu hər gün təxminən 2 metr artan tunel böyük təzyiqə məruz qalır və üstəlik, mürəkkəb geoloji formasiyalardan keçir.

Tunelin diametri 13 metrə çatır, uzunluğu isə 13.69 kilometr olacaq. Layihə başa çatdıqdan sonra bir-birindən 116 kilometr məsafədə yerləşən Şençjen və Tszyanmen arasında səyahət bir saat çəkəcək. Bu, Quandun - Honkonq - Makao regionunda dəmir yolu ilə sərnişindaşımaları şəbəkəsini əhəmiyyətli dərəcədə optimallaşdırmağa imkan verəcək.