Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İranda vurulan ABŞ qırıcısının ikinci pilotunun axtarışları davam edir

04 apr 2026, 10:41
İranda vurulan ABŞ qırıcısının ikinci pilotunun axtarışları davam edir

İranda vurulan ABŞ qırıcı təyyarəsinin ikinci ekipaj üzvünün axtarışı davam edir.

Liderxeber.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi Pentaqondan pilotun vəziyyəti ilə bağlı "naməlum" bildirişi alıb. Agentliyin Pentaqondan əldə etdiyi məlumatda Yaxın Şərqdə təyyarənin vurulduğu bildirilsə də, onun növü və dəqiq harada atəşə tutulduğu dəqiqləşdirilməyib.

Qeyd edək ki, aprelin 3-də İranın hava hücumundan müdafiə qüvvələri ölkənin hava məkanında ABŞ-yə məxsus bir qırıcı təyyarəni vurub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sözügedən təyyarənin "F-35" (təknəfərlik təyyarə) olduğunu bildirib. CNN və "Axios" isə İran mediası tərəfindən dərc edilən fotoşəkilləri araşdırdıqdan sonra qırıcının iki nəfərlik "F-15 Strike Eagle" bombardmançı təyyarəsi olduğu qənaətinə gəliblər. Bildirilib ki, iki pilotdan biri tapılıb və təxliyə edilib.

İran mediası da ikinci ABŞ pilotunu tapan vətəndaşa mükafat veriləcəyi barədə məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp isə axtarış və xilasetmə işlərini müzakirə etməkdən imtina edib, lakin hadisənin İranla danışıqlara təsir etməyəcəyini bildirib.