Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Zelenski: "Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır"

03 apr 2026, 15:57
Zelenski: "Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır"

Ukrayna Pasxa atəşkəsi ilə bağlı ABŞ-yə sorğu göndərib.

Liderxeber.az "İnterfaks Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Biz hamımız mediada onların cavabını gördük: guya onlar buna hazır deyillər. Bilmirəm, bu nə dərəcədə ciddi cavabdır. ABŞ tərəfinə sorğumuzu ötürmüşük. Bilmirəm, onların öz mesajını çatdırmaq imkanı olacaqmı. Görərik. Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır", - deyə Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.

Martın 30-da Zelenski Ukraynanın müharibənin sona çatması üçün dövlətin ləyaqətini və müstəqilliyini qoruyan istənilən formatı dəstəklədiyini və xüsusilə Pasxa bayramları zamanı istənilən atəşkəs formatına hazır olduğunu bildirib.

Aprelin 1-də isə Ukrayna lideri bildirib ki, ölkəsi ABŞ-nin Rusiyanı üçtərəfli görüşə cəlb etməsinə və Pasxa bayramları zamanı atəşkəs təklifini dəstəkləməsinə ümid edir.