Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Taksi sürücüləri üçün sığorta haqqı - Dəyişir

03 apr 2026, 11:00
Taksi sürücüləri üçün sığorta haqqı - Dəyişir

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə tətbiq olunan əmsal müəyyənləşib.

Liderxeber.az“Trend”ə istinadən xəbər verir ki, avtonəqliyyat vasitəsi taksi ilə sərnişin daşımaq üçün istifadə edildikdə əmsal tətbiq ediləcək.

Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan 1 illik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara uyğun olaraq səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşülür.

Sığorta müqaviləsi bağlanarkən yuxarıda əks olunmuş əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda, yuxarıda nəzərdə tutulmuş əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya yuxarıdakı abzasda nəzərdə tutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunacaq.